Maraqlı
Qədim insanların açıq səma altındakı izləri: Sığınacaq, ritual və ov düşərgəsi - Yazılıtəpədən FOTOREPORTAJ
Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən Yazılıtəpə Azərbaycanın qədim qayaüstü incəsənətinin və arxeoloji irsinin ən zəngin məkanlarından biridir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, qədim insanların sığınacaq, ritual və ov düşərgəsi kimi istifadə etdikləri bu təpəlik minilliklər boyu açıq səma altında yaddaş məkanı rolunu oynayıb.
Qayalar üzərində ibtidai insanların dünyagörüşünü və gündəlik həyatını əks etdirən minlərlə petroqlif həkk olunub. Təsvirlərdə xüsusilə dağ keçisi, ceyran və maral kimi heyvan fiqurları, ov səhnələri və ritual rəqslər üstünlük təşkil edir.
Mezolit dövründən başlayaraq Tunc dövrü və Orta əsrlərədək böyük bir xronoloji mərhələni əhatə edən Yazılıtəpə regionun qədim faunası və ibtidai incəsənət tarixi haqqında dəyərli məlumatlar verən unikal arxeoloji mənbədir. Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən Yazılıtəpədən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az

Mənbə
oxu.az
Oxşar Xəbərlər