Dünya
On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı - VİDEO
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb.
Hərbçilərin bir kişiyə tuneldən çıxmağa kömək etdiyini əks etdirən fotoşəkillər də dərc olunub. Geyiminə əsasən, xilas edilən şəxsin stansiyada çalışan fəhlələrdən biri olduğu ehtimal edilir. Nepalda avqustun 26-da baş vermiş fəlakətli seldən sonra bölgədə axtarış-xilasetmə əməliyyatları artıq on birinci gündür ki, davam etdirilir.

Mənbə
oxu.az