Cəmiyyət
Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, hadisə ötən gün Hövsan qəsəbəsində baş verib. Kimliyi məlum olmayan qadın əlindəki alətlə dayanmış avtomobilin şüşələrini sındırmağa çalışıb və nəqliyyat vasitəsinə dəfələrlə zərbələr endirib. İddialara görə, hücuma məruz qalan avtomobil hadisəni törədən qadının həyat yoldaşına məxsusdur. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Mənbə
oxu.az