Kriminal
Tərtərdə toydan gələn sürücü avtoqəzaya düşdü - FOTO
Tərtər rayonunda iki avtomobil toqquşub. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Müşfiq Raqub oğlu Məmmədov idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn Xoruzlu kənd sakini Ağalarov Adəm Habil oğlunun sükanı arxasında olduğu "Mercedes" markalı, 90-SU-373 nömrəli maşınla toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü A.Ağalarov toy məclisindən evə qayıdarkən qəzaya düşüb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az