Cəmiyyət
Bakıda yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayır
Sentyabrın 6-dan metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq. Oxu.Az xəbər verir ki, barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Avtobusların "20 Yanvar" metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, "Velotrek" adlanan ərazinin qarşısı, "Həzi Aslanov" metro stansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib. Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
Mənbə
oxu.az