Kılıçdaroğlunun müavini qadına şiddət göstərdi – Video
CHP sədr müavini Berhan Şimşək birlikdə yaşadığı Özləm Şanverə şiddət tətbiq etdiyi anlar kameralara anbaan əks olunub.
Axar.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, görüntülərdə Şimşəyin evin həyətində Şanverin ayağına təpik vurduğu, qadının isə ağrı içində “Məni burax” deyə qışqırdığı görünür.
Daha sonra Şimşəyin Şanveri zorla evə salmağa çalışdığı, onun isə müqavimət göstərdiyi əks olunub.
Şanver daha əvvəl məhkəməyə müraciət edib. O, Şimşək tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirərək, döyülmə, təhqir, təhdid və evdən çıxmasına mane olunması ilə bağlı şikayət edib. Şanverin döyüldüyünü göstərən tibbi arayış da işə əlavə olunub.
Məhkəmə Şimşək barəsində Şanverə yaxınlaşmamaq və onunla əlaqə saxlamamaq barədə qərar qəbul edib. Daha sonra tədbirlərin müddəti uzadılıb.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.