Cəmiyyət

Daha 2 yol qismən bağlanır

04 Sep 2026, 15:39 3 baxış
Daha 2 yol qismən bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.


Bildirilib ki, təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.


Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.


"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur", - məlumatda deyilir.

Mənbə axar.az

Oxşar Xəbərlər