Digər
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
“Air Tanzania” aviaşirkəti sentyabrın 4-dən Tanzaniyanın Dar əs-Salam şəhəri ilə Moskva arasında uçuşları müvəqqəti dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
“Qərar sözügedən marşrut üzrə uçuşların həyata keçirilməsi şəraitində planlı risk qiymətləndirməsindən sonra qəbul edilib. Aviadaşıyıcı vəziyyəti izləməyə davam edəcək və müvafiq qiymətləndirmədən sonra reyslərin bərpa edilməsi barədə açıqlama verəcək”, - məlumatda deyilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hava məkanının sentyabrın 1-dən etibarən təhlükəsiz olmayacağı ilə bağlı xəbərdarlığından sonra Türkiyə aviaşirkətləri Rusiyaya uçuşları dayandırmışdı.
Mənbə
axar.az