Digər

Putin artıq buna əhəmiyyət vermir - Şmidt

03 Sep 2026, 09:08 3 baxış
Putin artıq buna əhəmiyyət vermir - Şmidt

Rusiya Prezidenti Vladimir Putin öz reputasiyasına artıq əhəmiyyət vermir.


Axar.az xəbər verir ki, bunu Almaniyanın sabiq xüsusi tapşırıqlar üzrə federal naziri Volfqanq Şmidt deyib.


"Putin Leypsiqdəki hibrid hücuma görə, Almaniyanın reaksiyasından çəkinməyəcək, tez bir zamanda cavab verəcək.


Vəzifədə olduğum müddətdə Rusiyanın beş baş konsulluğundan dördünü - Hamburq, Leypsiq, Frankfurt və Münhendə - bağladıq. Buna cavab olaraq da Almaniyanın Rusiyadakı baş konsulluqları müvafiq olaraq bağlandı. Açıq qalan yeganə konsulluq Sankt-Peterburqdakıdır", - deyə o bildirib.


Şmidtin fikrincə, Bonndakı Rusiya konsulluğunun bağlanmasına cavab olaraq Sankt-Peterburqdakı qalan sonuncu Almaniya konsulluğu bağlanacaq.


Şmidt həmçinin Putinin güzəştə getməyəcəyinə əmindir:


"Biz bu məqamda demək olar ki, tamamilə öz nüfuzuna əhəmiyyət verməyən bir rəqiblə qarşılaşırıq".

Mənbə axar.az

Oxşar Xəbərlər