Siyasət

Peru İranla diplomatik münasibətləri dayandırdı

02 Sep 2026, 12:28 3 baxış
Peru İranla diplomatik münasibətləri dayandırdı
Peru hökuməti İranla diplomatik münasibətləri dayandırmaq barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, müvafiq bəyanatla Cənubi Amerika dövlətinin Xarici İşlər Nazirliyi çıxış edib. Rəsmi açıqlamada Peru hökumətinin İranla diplomatik münasibətlərə son qoymaq qərarı aldığı vurğulanır. Xarici siyasət idarəsindən bildirilib ki, bu qərarın alınması əsasən Yaxın Şərq regionunda baş verən hadisələr və Tehranın Hörmüz boğazındakı fəaliyyəti ilə əlaqədardır. Nazirlikdən o da əlavə edilib ki, Perunun rəsmi Tehranla diplomatik təmasları dayandırması iki ölkə arasında konsulluq münasibətlərinin ləğvi demək deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər