İdman

"Mançester Siti" “Çelsi”dən onu aldı – Rekord məbləğ

02 Sep 2026, 12:06 2 baxış
"Mançester Siti" “Çelsi”dən onu aldı – Rekord məbləğ

"Mançester Siti" argentinalı yarımmüdafiəçi Enzo Fernandesi heyətinə cəlb edib.


Axar.az xəbər verir ki, "şəhərlilər" 25 yaşlı futbolçunun keçidi üçün "Çelsi"yə 145 milyon avro ödəyib.


Məlumata görə, bu məbləğ İngiltərə Premyer Liqasında transfer rekordu hesab olunur. Bu, "Liverpul"un Aleksander İsak üçün "Nyukasl"a ödədiyi 145 milyon avro ilə eyni məbləğdir.


Beləliklə, Fernandesin transferi Premyer Liqa tarixində ən bahalı keçidlər sırasında ilk pilləni İsakla bölüşür.


Qeyd edək ki, E.Fernandes 2023-cü ildən "Çelsi"nin formasını geyinirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər