Digər
Ukraynada müharibəyə son qoymaq istəyirik - Putin
Rusiya müharibəni dondurmaq yox, ona son qoymaq və həm Ukraynada, həm də Avropada davamlı sülhə nail olmaq istəyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin iyul ayında Ukrayna münaqişəsini dondurmaq təklifini şərh edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, Rusiya istəyən hər kəslə danışıqlara hazırdır.
Mənbə
axar.az