Siyasət
ŞƏT-in yubiley sammitində nələr müzakirə olunacaq? - VİDEO
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti keçirilir. Sammit çərçivəsində maliyyə və iqtisadi mexanizmlərin inkişafı ilə bağlı bir sıra sənədlərə baxılması gözlənilir. Həmçinin milli valyutalarla hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması ilə bağlı təşəbbüslərin müzakirə olunacağı bildirilir. Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. Baku TV-nin məlumatına görə, milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda dünyada təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı geniş coğrafiyanı əhatə edən böyük bir təşkilatdır. Təşkilatın yerləşdiyi ərazi dünyanın təxminən 40 faizini, Avrasiyanın isə 60 faizini əhatə edir. Deputat qeyd edib ki, sammitdə təhlükəsizliklə yanaşı, iqtisadi əlaqələrin gücləndirilməsi və nəqliyyat dəhlizləri əsas müzakirə mövzularından olacaq.
O, yüklərin təhlükəsiz daşınmasının təmin edilməsinin və üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Ceyhun Məmmədovun sözlərinə görə, hazırda yeni dünya nizamının formalaşması ilə bağlı müzakirələrin getdiyi bir dövrdə belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Deputat hesab edir ki, sammit çərçivəsində regional müstəvidə qəbul ediləcək qərarlar region dövlətləri, o cümlədən Azərbaycan üçün önəmli ola bilər. O, həmçinin "Bir kəmər, bir yol", Orta Dəhliz və Zəngəzur dəhlizi perspektivlərinin Azərbaycan üçün əhəmiyyətini qeyd edib. Deputat bildirib ki, Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələr inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanın təşkilata üzv olması hazırda gündəmdə deyil, lakin ölkəmiz burada tərəf kimi iştirak edir. Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin sammitdə iştirakı və müxtəlif ölkələrin liderləri ilə müzakirələr aparması Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, xüsusilə təhlükəsizlik, iqtisadi əlaqələr və Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi məsələlərinin ölkəmiz üçün önəmli olduğunu vurğulayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər