Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə su olmayacaq

31 Aug 2026, 17:36 3 baxış
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə su olmayacaq
Bakının Suraxanı rayonunun Hövsan kəndində içməli su təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində 1 sentyabr günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər