Siyasət

Əli Əsədov gəmi qəzasına görə Ünal Üstelə başsağlığı verib

31 Aug 2026, 16:09 3 baxış
Əli Əsədov gəmi qəzasına görə Ünal Üstelə başsağlığı verib
Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan ölümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər