İdman

Gürcüstanın yeni "Kvaratsxeliya"sı Londona yollanır - FOTO

29 Aug 2026, 19:24 4 baxış
Gürcüstanın yeni "Kvaratsxeliya"sı Londona yollanır - FOTO
İngiltərənin "Arsenal" klubu Gürcüstanın 17 yaşlı istedadı Andria Bartişvili ilə razılaşıb. Oxu.Az xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat yayıb. Məlumata görə, hücumameyilli yarımmüdafiəçi yaxın günlərdə Londonda tibbi müayinədən keçəcək. Daha sonra onun "Arsenal"la 5 illik müqavilə imzalaması gözlənilir. Bartistvili isə yaşı ilə bağlı qaydalara görə "Arsenal"a yalnız 2027-ci ildə, 18 yaşı tamam olduqdan sonra qoşulacaq. Qeyd edək ki, gürcü futbolçu ölkəsinin ən perspektivli gənc oyunçularından biri hesab olunur və artıq Xviça Kvaratsxeliyadan sonra Gürcüstanın ən böyük istedadlarından biri kimi təqdim edilir.
Gürcüstanın yeni "Kvaratsxeliya"sı Londona yollanır - FOTO Gürcüstanın yeni "Kvaratsxeliya"sı Londona yollanır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər