Dünya

SAXAL Qəzzada xəstəxana ərazisinə zərbə endirdi: Hədəf HƏMAS komandiri olub

29 Aug 2026, 20:00 3 baxış
SAXAL Qəzzada xəstəxana ərazisinə zərbə endirdi: Hədəf HƏMAS komandiri olub
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının Deyr əl-Bəlah bölgəsində radikal HƏMAS hərəkatının hərbi qanadının komandirinə zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, radikal şəxs "Şuhada əl-Əqsa" xəstəxanasının ərazisində gizlənib və orada SAXAL əsgərlərinə və İsrailin dinc sakinlərinə hücumlar hazırlayıb. İsrail ordusu bunu HƏMAS-ın "terror fəaliyyətinin təşviqi və həyata keçirilməsi üçün humanitar infrastrukturdan və tibb müəssisələrindən həyasızcasına istifadəsinin daha bir nümunəsi" adlandırıb. "27 avqust 2026-cı ildə Qəzza zolağının tibb orqanlarına tibb müəssisələrindən terror məqsədləri üçün istifadə edilməməsi barədə xəbərdarlıq göndərilib", - deyə ordunun mətbuat xidmətindən bildirilib. SAXAL qeyd edib ki, belə fəaliyyət davam edəcəyi təqdirdə İsrail Müdafiə Ordusu təhlükəyə qarşı tədbirlər görəcək. Ordunun məlumatına görə, zərbədən əvvəl mülki əhali üçün riskin azaldılması məqsədilə tədbirlər görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər