Cəmiyyət
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi Bərgüşadçay su anbarının tikintisinin II mərhələsi çərçivəsində təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan qiyməti 130 milyon 372 min manatdır. Tender çərçivəsində suvarma suyu üçün DN2800 markalı, 9 980 metr uzunluğunda polad boru xəttinin çəkilməsi nəzərdə tutulur. Satınalma sənədlərinə əsasən, işlər çərçivəsində müxtəlif dərinliklərdə boru xətlərinin çəkilməsi, üstü poliuretan xarici və epoksid boya ilə örtülmüş spiral tikişli boruların quraşdırılması, əsaslanmış səngəklərin, hamarlaşdırıcıların qurulması və digər işlər planlaşdırılır.
Mənbə
oxu.az