Digər

Qərb orduları Ukrayna hərbçilərindən dərs alır - Molde

29 Aug 2026, 09:18 4 baxış
Qərb orduları Ukrayna hərbçilərindən dərs alır - Molde

Qərb hərbçiləri Ukrayna qoşunlarına təlim keçməklə müasir müharibədən dərslər alırlar. Lakin onlar Ukraynanın nə etdiyini başa düşməlidirlər.


Axar.az xəbər verir ki, bunu briqada generalı Atle Molde “Biznes İnsayder”ə bildirib.


Qeyd olunur ki, Molde Polşadakı “Yomsborq” düşərgəsində Ukrayna əsgərlərinə təlim verən “Legio” operativ qrupunun komandanıdır.


Moldenin sözlərinə görə, Norveç ukraynalılarla əməkdaşlıq yolu ilə taktika və silahlar haqqında məlumat toplayır və sonra onları nəzərdən keçirmək üçün öz silahlı qüvvələrinə ötürür.


O bildirib ki, Ukraynanın Rusiyaya qarşı müharibə təcrübəsi çox dəyərlidir, lakin bir çox NATO ölkəsi bunu yanlış anlayır.


Molde vurğulayıb ki, Norveç Ukraynanın etdiyi hər şeyi tənqidi analiz olmadan təkrarlaya bilməz:


"Biz hər gün ukraynalılardan öyrənirik. Lakin Ukrayna müharibəsindən dərs çıxaranda eşitdiklərinizi və gördüklərinizi anlamaq çox vacibdir. Və bu, çoxlu kontekst, təcrübə və gördükləriniz barədə bilik tələb edir".

Mənbə axar.az

Oxşar Xəbərlər