Digər

Kelloqdan Ukraynaya: Vaşinqtonu dinləməyin, "bataqlıqdır"

28 Aug 2026, 09:00 3 baxış
Kelloqdan Ukraynaya: Vaşinqtonu dinləməyin, "bataqlıqdır"

Amerikalıların 68-70%-i Ukraynanı dəstəkləyir, Rusiyanın fəaliyyətini isə yalnız 2%-i bəyənir.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq deyib.


"Amerikalıların 68-70%-i Ukraynanı dəstəkləyir, yalnız 2%-i isə Rusiyanın etdiyini dəstəkləyir. Bu, Amerika xalqının Ukraynanın tərəfində olduğunu göstərir. Vaşinqtona qulaq asmayın. Vaşinqtonun öz baxış bucağı var. Buna görə də onu "bataqlıq" adlandırırlar. Lakin amerikalılar ümumiyyətlə Ukraynanın mübarizəsinə heyran qalır, onu başa düşür və ukraynalıları dəstəkləyirlər", - deyə o qeyd edib.


Kelloq qeyd edib ki, Rusiyadan xeyli kiçik olan Ukrayna təcavüzkar ölkəni məğlubiyyət həddinə çatdıra bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər