Dünya

Karolin Levitt Ağ Evin mətbuat katibi vəzifəsinin əsas sirrini açıqladı

28 Aug 2026, 00:12 3 baxış
Karolin Levitt Ağ Evin mətbuat katibi vəzifəsinin əsas sirrini açıqladı
Ağ Evin mətbuat katibi Karolin Levitt özəl sektora keçməzdən əvvəl vəzifəsindəki fəaliyyətinin əsas məqamlarından danışıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Levitt bu barədə jurnalistlərlə söhbətində danışıb. O bildirib ki, Ağ Evin yeni mətbuat katibinə bir sıra tövsiyələr verəcək: "Məni əvəz edəcək şəxslə məsləhətlərimi bölüşəcəyəm. Hesab edirəm ki, bu vəzifədə ən vacib məqam Trampın özünün ən yaxşı mətbuat katibi olduğunu anlamaqdır. O, hətta zarafatla deyir ki, əslində Ağ Evin kommunikasiyalar üzrə direktoru və mətbuat katibi elə özüdür". Levittin sözlərinə görə, Trampın növbəti mətbuat katibi bunu nəzərə almalı və ABŞ prezidentinin siyasi kursuna səmimi şəkildə inanmalıdır. O qeyd edib ki, brifinqlər və digər ictimai fəaliyyətlər mətbuat katibinin işinin yalnız 10 faizini təşkil edir: "90 faizi isə sizin çoxsaylı zənglərinizə, o cümlədən səhər saat 5-də və gecə 11-də cavab verməkdir. Məhz bunun üçün darıxacağımı deyə bilmərəm. Lakin sizinlə hər gün birgə işləmək üçün darıxacağam". Qeyd edək ki, Ağ Evin yeni mətbuat katibi vəzifəsinə namizəd axtarışları davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər