Cəmiyyət

Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı - VİDEO

28 Aug 2026, 00:24 3 baxış
Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı - VİDEO
Paytaxtda binanın daşıyıcı divarının dağıdılaraq mənzilə əlavə giriş qapısının açıldığı iddia edilir. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sözügedən hal Xətai rayonunda yerləşən yaşayış komplekslərindən birində baş verib. Kompleksin sakini iddia edirlər ki, binanın 3-cü mərtəbəsində yerləşən 700 saylı mənzilin sahibi lift sahəsinə əlavə giriş qapısı açıb. Sakin bunun üçün binanın daşıyıcı divarının dağıdıldığını və mənzil sahibinin MTK rəhbərliyi ilə razılaşdığını iddia edib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sifarişçisi "The Baku Group LTD" MMC olan və Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən binanın istismarına 2019-cu ildə icazə verilib. Nazirlikdən qeyd olunub ki, istismarda olan binalarla bağlı inzibati icraat Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyil. Bildirilib ki, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması, habelə bu istiqamətdə özbaşına aparılan işlərlə bağlı məsələlər Mənzil Məcəlləsi ilə tənzimlənir.
Mənbə oxu.az

Oxşar Xəbərlər