Cəmiyyət

Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

28 Aug 2026, 00:21 3 baxış
Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və yenidənqurma işləri həyata keçiriləcək.


“Azərişıq” ASC-dən Axar.az-a bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı, Yəhya Bakuvi küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.


Planlı fasilə saat 10:00-dan 16:00-dək Suraxanı rayonu Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsini əhatə edəcək.


Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq "Asfaltzavod" hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun sağ və sol hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.


Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Mənbə axar.az

Oxşar Xəbərlər