Cəmiyyət

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Aug 2026, 17:20 37 baxış
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb.


Axar.az xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında məlumat qeyd edilib.


Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. Digər qruplarda 600-dən çox balla müsabiqədən kənarda qalan abituriyentlər yoxdur.


Eyni zamanda builki imtahanlarda iştirak edərək 500-dən çox bal toplayan 106 abituriyent ali məktəbə qəbul olunmayıb. Bu abituriyentlərin də 97 nəfəri IV ixtisas qrupu üzrə, 9 nəfəri isə III ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. 500-600 arası bal toplayıb müsabiqədən kənarda qalanların sayı isə 76 nəfərdir.

Mənbə axar.az

Oxşar Xəbərlər