Cəmiyyət
Sabirabadın 10 kəndində qaz kəsiləcək
Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər