Dünya

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

27 Aug 2026, 13:04 2 baxış
Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO
Səudiyyə Ərəbistanının qərb bölgələrində yağan güclü yağışlar Məkkə və Taif şəhərlərinin küçə və yollarını su altında qoyub. Oxu.az xəbər verir ki, Bu barədə REN TV telekanalı məlumat yayıb.

Güclü su axınları avtomobil yollarında böyük tıxacların yaranması ilə nəticələnib, nəqliyyatın hərəkəti iflic olub. Hökumət orqanları hava şəraiti ilə əlaqədar "qırmızı" təhlükə səviyyəsi elan ediblər. Məkkə və Taifdə təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə xüsusi briqadalar və texnika cəlb olunub. Kommunal xidmət işçiləri suların çəkilməsi, drenaj sistemlərinin təmizlənməsi və daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparır. Sakinlərə su basmış ərazilərdən və bəndlərdən uzaq durmaq tövsiyə edilib. Hələlik xəsarət alanlar barədə heç bir məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər