Cəmiyyət
Sabirabadda tullantılar niyə küçəyə atılır? - VİDEO
Sabirabad rayonunun Vüqar Əhmədov küçəsində məişət tullantılarının küçəyə atılması sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, ərazidə zibil qabları olmadığı üçün tullantılar küçəyə atılır və günlərlə yığılaraq qalır. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır. Həmçinin tullantıların toplandığı əraziyə sahibsiz itlər də yığılır ki, bu da xüsusilə uşaqlar və piyadalar üçün təhlükədir. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"Bərbad mənzərədir. Buradan yolu keçəndə nəfəsimi tutub keçirəm, xəstəlikdir. Əraziyə zibil qabı qoyulsa, hamı gətirib zibilini ora atar", - deyə sakinlərdən biri Baku TV-yə narazılığını ifadə edib. Məsələ ilə bağlı Sabirabad Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, həmin sahə vətəndaşa məxsus şəxsi tikilidir. Ərazinin boş olduğunu görən sakinlər tullantıları ora atırlar. Qurumdan qeyd edilib ki, yaxınlıqda məişət tullantılarının atılması üçün xüsusi yer nəzərdə tutulub. Lakin ora bir qədər uzaqda olduğundan sakinlər tullantıları yaxın əraziyə atırlar. Əlavə edilib ki, sözügedən ərazi qurumun xidmət sahəsinə daxil olmasa da, əməkdaşlar tərəfindən burada toplanan tullantılar mütəmadi olaraq yığılaraq daşınır.

Mənbə
oxu.az