Digər

Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı

26 Aug 2026, 16:10 2 baxış
Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı

Ermənistanın Çəmbərək şəhəri yaxınlığında baş verən qəza nəticəsində erməni əsgərin ölümü ilə bağlı hərbi hissənin batalyonunun qərargah rəisi saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.


Məlumata görə, hərbi hissənin yeməkxanasında əsgərlər arasında mübahisə baş vermiş və zabit də intizam tədbiri olaraq onları yolda qaçışa çıxarmaq qərarına gəlib. Məhz qaçış zamanı yük maşını əsgərləri vurub.


Qeyd edək ki, avqustun 20-də Ermənistanın Çəmbərək şəhəri yolunda yük maşını hərbçiləri vurmuşdu. Qəza nəticəsində 1 əsgər ölmüş, daha 6 əsgər isə yaralanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər