Digər
Ədliyyə naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 4-də Yevlax şəhərində Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı sentyabrın 3-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510-10-01 (daxili nömrə: 10 941) nömrəli telefonu vasitəsilə, habelə Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 110, əlaqə telefonu: (+994 12) 510-10-01, daxili nömrə: 17 025, 17 030, 17 031) müraciət edərək qəbula yazıla bilərlər. Həmçinin [email protected] imeyl ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür. Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Mənbə
oxu.az