Cəmiyyət

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - FOTO

25 Aug 2026, 17:24 17 baxış
Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - FOTO
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Fidan Mahmudova yeni vəzifəyə təyin olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, müvafiq əmrlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində fəaliyyətə başlayıb. F.Mahmudova fəaliyyətini artıq İƏT-in Əmək Mərkəzində Çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq departamentinin direktoru vəzifəsində davam etdirir. Qeyd edək ki, İƏT-in Əmək Mərkəzi Bakıda yerləşir. Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzi 2023-cü ildə yaradılıb. Xatırladaq ki, F.Mahmudova 2024-2026-cı illərdə TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. O, iyun ayında TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə vəzifədən azad olunub. Fotoda Fidan Mahmudova
Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - FOTO Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər