Cəmiyyət

Yasamalda həyəti su basdı: ADSEA-dan açıqlama – Video

25 Aug 2026, 16:22 49 baxış
Yasamalda həyəti su basdı: ADSEA-dan açıqlama – Video

Bakının Yasamal rayonu, Sadıq Dadaşov küçəsi 23 ünvanında həyəti su basıb.


Bu barədə Axar.az-a sakinlər tərəfindən ünvanlanan şikayətdə bildirilib.


“Problem yalnız bu gün yaranmayıb və müxtəlif vaxtlarda da oxşar hal baş verib”, - şikayətdə qeyd olunub.


Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) saytımıza bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib:


“Qəzanın aradan qaldırılması üçün Sukanal İdarəsinin qəza-bərpa briqadası həmin ünvana yönləndirilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər