Cəmiyyət
5 sinifin bütün şagirdləri ali məktəbə qəbul olundu - Foto
Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11 V və 11 U siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olunub.
Axar.az xəbər verir ki, bu siniflərin bütün məzunları universitetə qəbulda 100 faiz nəticə göstərib.
Həmçinin, Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəbin 11A və 11B siniflərinin hər bir şagirdi universitetə qəbul olub.
Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin 11 H sinfi də 100 faiz nəticə göstərib.
Mənbə
axar.az