Cəmiyyət
Teymur Mirzəbəyliyə yüksək vəzifə verildi
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. Teymur Mirzəbəyli 2026-cı il avqustun 24-də yeni vəzifəsinin icrasına başlayıb.
Mənbə
oxu.az