Dünya

ABŞ yeni uzaqmənzilli raketini təqdim etdi: Xüsusiyyətləri AÇIQLANDI

24 Aug 2026, 09:00 4 baxış
ABŞ yeni uzaqmənzilli raketini təqdim etdi: Xüsusiyyətləri AÇIQLANDI
ABŞ Hərbi Dəniz Qüvvələri uçuş məsafəsi 460 kilometrdən çox olan "AIM-424 LRAAM-Malice" adlı uzaqmənzilli "hava" tipli raket hazırlayır. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında yayımlanan press-relizdə məlumat verilib. ABŞ tərəfinin bildirdiyinə görə, "AIM-424" donanmanın müdafiəsini gücləndirmək və havada həlledici üstünlüyü qorumaq üçün nəzərdə tutulub. Raket dördüncü, beşinci və altıncı nəsil aviasiya platformaları üçün hazırlanır. "AIM-424" bərk yanacaqlı mühərriklə təchiz olunub. Onun uzunluğu təxminən 4 metr, çəkisi isə 680 kiloqramdan çoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər