Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücumlar nəticəsində Odessanın "Çernomorets" klubunun məşq bazası ciddi ziyan görüb.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində Sovinyondakı "Çernomorets"in məşq bazası olan "Lyustdorf" idman-sağlamlıq kompleksinə ciddi ziyan dəyib.
Binada olanlardan xəsarət alan olmayıb. Klubun futbolçuları, məşqçilər heyəti və əməkdaşlarının böyük hissəsinin həmin vaxt Ukrayna Kuboku oyununa qatarla səfər etməsi mümkün faciənin qarşısını alıb.
Qeyd edək ki, bu, "Çernomorets"in bazasının ilk dəfə hücuma məruz qalması deyil. 2025-ci ilin fevralında da bazaya zərbə endirilmişdi. Bundan başqa, yaxın vaxtlarda klubun stadionu da raket hücumuna məruz qalmışdı.