Cəmiyyət
Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın qanaxmadan öldü - FOTO
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib. Oxu.Az "Bakupost"a istinadla xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib. Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib. Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az