Cəmiyyət
Birinci Qarabağ müharibəsi şəhidi Cümşüd Məmmədov Laçında dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Cümşüd Həsənxan oğlu Məmmədov Laçın şəhərində dəfn olunub. Oxu.Az xəbər verir ki, dəfn mərasimi Laçın şəhəri Şəhidlər xiyabanında keçirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və əməkdaşlar iştirak ediblər. Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb. Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.
Mənbə
oxu.az