Cəmiyyət

Növbəti 4 gündə 41 dərəcə isti olacaq - Xəbərdarlıq

21 Aug 2026, 12:41 3 baxış
Növbəti 4 gündə 41 dərəcə isti olacaq - Xəbərdarlıq

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.


O bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər