Digər

Bu ölkədə anomal istilər: 4,4 min insan öldü

20 Aug 2026, 18:31 2 baxış
Bu ölkədə anomal istilər: 4,4 min insan öldü

İspaniyada anomal istilər səbəbindən 4,4 mindən çox insan ölüb.


Axar.az xəbər verir ki, bu barədə İspaniya mediasının məlumatında deyilir.


Qeyd olunub ki, bu göstərici rekord olan 2022-ci ilin göstəricisinə yaxınlaşıb. Belə ki, bu il iyunun 1-dən avqustun 19-dək 4458 ölüm halı qeydə alınıb.


İyundan etibarən İspaniyada anomal isti hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə havanın temperaturu dəfələrlə 40 dərəcəni keçib.

Mənbə axar.az

Oxşar Xəbərlər