Digər
İranın neft ixracı dayandırıldı – Həmmati
İranın neft ixracı faktiki olaraq dayandırılıb.
Axar.az xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Həmmati deyib.
“Buna baxçmayaraq, effektiv planlaşdırma sayəsində Tehranın valyuta ehtiyatları var. Ali rəhbərə məktub yazdım ki, zəruri malların və dərmanların təchizatı ilə bağlı narahat olmağa əsas yoxdur. Mərkəzi Bank və hökumət onların mövcudluğunu təmin edir”, - Həmmati bildirib.
Mənbə
axar.az