Digər
Zelenski İrina Mudranı vəzifəsindən azad etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisinin rəhbərinin müavini İrina Mudranı vəzifəsindən azad edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi saytı məlumat yayıb.
“İrina Romanovna Mudra Ukrayna Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edilib”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokrorluğu (İAP) İrina Mudranın evində axtarışlar aparmışdı.
Mənbə
axar.az