Digər

Xarkovda yanacaq məntəqəsi vuruldu

15 Aug 2026, 19:07 2 baxış
Xarkovda yanacaq məntəqəsi vuruldu

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Verbovka yaşayış məntəqəsində Ukrayna ordusuna məxsus hərbi texnikaların yanacaqla təmin olunduğu məntəqəni vurub.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, məntəqə “Geran” pilotsuz uçuş aparatlarının (PUA) zərbəsi ilə məhv edilib və hədəfin vurulması obyektiv nəzarət vasitələri ilə qeydə alınıb.


Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Brovarı şəhərində Ukrayna Silahlı Qüvvələrinin logistika mərkəzinin “Geran-4 Siker” PUA-ları ilə vurulduğunu bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər