Dünya
Latviyada hava həyəcanı: Sərhədi keçən PUA vuruldu
Latviya ərazisində qırıcı təyyarə ölkənin hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatını (PUA) vuraraq məhv edib. Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Milli Silahlı Qüvvələrinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında açıqlama yayılıb: "Hava məkanımızdakı təhlükənin artıq sovuşduğunu bildiririk. Müttəfiq qırıcı təyyarələri hava məkanımıza daxil olan pilotsuz uçuş aparatını uğurla zərərsizləşdiriblər". Bildirilir ki, səhər saat 4 radələrində ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən Auqşdauqava, Preyli, Rezekne və Balvi bölgələrində hava həyəcanı siqnalı verilib. Hərbçilər sərhədi pozan dronun məhv edilməsi barədə təxminən yarım saat sonra məlumat veriblər.
Mənbə
oxu.az