Dünya

ABŞ-nin məşhur hərbi gəmisində dənizçilər intihar etmək istəyiblər? - Mərkəzi Komandanlıqdan açıqlama

14 Aug 2026, 12:12 1 baxış
ABŞ-nin məşhur hərbi gəmisində dənizçilər intihar etmək istəyiblər? - Mərkəzi Komandanlıqdan açıqlama
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisindəki hərbçilərin intihara cəhd etdikləri ilə bağlı yayılan məlumatları təkzib edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə CENTCOM-un "X" hesabında məlumat verilib. "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin zərbə qrupunun dənizçiləri və dəniz piyadaları 260 gündən çox dənizdə qaldıqdan, 10 000 uçuşdan və 1.5 milyon funt (680 ton) sərf olunmuş sursatdan sonra dözümlü və qətiyyətli olaraq qalırlar. Heç bir hərbçi xəsarət almayıb, avqustun 3-də göyərtədən dənizə düşən yeganə dənizçi isə tez və təhlükəsiz şəkildə çıxarılıb", - deyə məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl "Military Times" qəzeti gəmidə olan və missiyalarının may ayında başa çatması gözlənilən bir neçə hərbçinin intihara cəhd etdiklərini yazmışdı. Qəzet dənizçilərin emosional qeyri-sabitliyinin səbəbləri sırasında həddindən artıq yüklənmə, yorğunluq və tükənmişliyi göstərmişdi. Həmçinin "Bloomberg" agentliyi daha əvvəl ABŞ kiberkomandanlığının ən azı beş əməkdaşının və ya onlarla əlaqəli şəxslərin yayın ilk aylarında intihar etdiklərini bildirmişdi. Agentliyin məlumatına görə, son bir ildə İrana qarşı hərbi əməliyyat da daxil olmaqla, xarici münaqişələr səbəbindən kiberkomandanlıq personalının üzərinə düşən yük əhəmiyyətli dərəcədə artıb. Nəşr qeyd edir ki, bu, məmurların "hərbi hakerlərin" ruhi sağlamlıqlarına dair narahatlıqlarını artırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər