Dünya
Ermənistanda İranın HHM sistemləri yerləşdirilib - VİDEO
Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan alınan hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, təlimlər zamanı İranın yaxınmənzilli "Əqrəb" ("Majid") hava hücumundan müdafiə sistemi və Hindistanın ortamənzilli "Akash" sistemi nümayiş etdirilib. Görüntülərin yayılması Ermənistanın İranla hərbi əməkdaşlığı genişləndirdiyi bir vaxtda baş verib. Bu əməkdaşlıq Ermənistanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri üzə çıxarır. Bir tərəfdən Qərblə hərbi və siyasi əlaqələrini genişləndirən İrəvan, digər tərəfdən ABŞ və Qərbin ciddi təzyiq altında saxladığı İranla müdafiə sahəsində əməkdaşlığını dərinləşdirir. İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi isə bu münasibətlərin artıq siyasi bəyanatlardan kənara çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.

Mənbə
oxu.az