Dünya

Dünya bazarında neft qiymətləri necədir?

14 Aug 2026, 10:28 3 baxış
Dünya bazarında neft qiymətləri necədir?
Neft bazarı sabitləşib, lakin Yaxın Şərqdə münaqişənin nizamlanması perspektivləri ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda həftəni qəti yüksəlişlə başa vurur. Bu barədə Oxu.Az "İnterfaks"a istinadən xəbər verir. Bakı vaxtı ilə saat 9:25-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında oktyabr ayı üçün "Brent" markalı neft füçerslərinin qiyməti 0.03 dollar (0.03%) artaraq, barel üçün 87.1 dollara çatıb. Avqustun 13-də isə "Brent" 1.91 dollar (2.15%) ucuzlaşaraq, barel üçün 87.07 dollar təşkil etmişdi. WTI neft füçerslərinin sentyabr ayı üçün qiymətləri bu vaxta olan məlumata görə, Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində 0.09 dollar (0.11%) artaraq, barel üçün 81.34 dollar olub. Əvvəlki sessiyada müqavilə 2.02 dollar (2.4%) ucuzlaşaraq, barel üçün 81.25 dollara düşmüşdü. Bu həftənin əvvəlindən bəri qiymətlər 4% artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər