Dünya

ABŞ 40-dan çox ölkəni böyük fırıldaqçılıqda ittiham edib - FOTO

14 Aug 2026, 01:12 2 baxış
ABŞ 40-dan çox ölkəni böyük fırıldaqçılıqda ittiham edib - FOTO
ABŞ administrasiyası Kanada, Meksika və Yaponiya da daxil olmaqla 40-dan çox ölkəni Çinin ABŞ tariflərindən yayınmasına kömək etməkdə ittiham edib. Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin "Böyük yükaşırma fırıldağı" adlı hesabatında bildirilib. Hesabatın üz qabığında Troya atı təsvir olunub. Sənəddə qeyd edilir ki, Çin yüksək tariflərdən yayınmaq üçün üçüncü ölkələrdən istifadə edib. Çin malları bu ölkələrdə cüzi emaldan keçirilib, yenidən markalanıb, qablaşdırılıb və ya digər kiçik dəyişikliklərə məruz qalıb. Bununla da məhsulların Çin mənşəli olmadığı görüntüsü yaradılıb. Ağ Ev bildirir ki, Çin və dövlət tərəfindən dəstəklənən istehsalçı və ticarət şirkətləri malları ucuz işçi qüvvəsi, zəif gömrük nəzarəti, azad iqtisadi zonaları və ya ABŞ bazarına çıxış imkanları olan ölkələrə yönləndiriblər. Hesabata görə, hazırda sayı 40-dan çox olan aşağı tarifli ölkələr zamanla Çin mallarının ABŞ-yə daxil olması üçün yeni sistemin əsas mərkəzlərinə çevriliblər. Əsasən Çində istehsal olunan məhsullar xaricdə minimal emaldan keçirildikdən sonra yeni adlar altında ABŞ-yə ixrac edilib. Ağ Evin Ticarət və İstehsal Siyasəti İdarəsinin rəhbəri Piter Navarro bildirib ki, uzun illər davam edən bu sistem Çinə ixracını 40-dan çox ölkə üzərindən həyata keçirməyə, ABŞ xəzinəsinə on milyardlarla dollar zərər vurmağa və amerikalı işçilərin gəlirlərinə mənfi təsir göstərməyə imkan verib.
ABŞ 40-dan çox ölkəni böyük fırıldaqçılıqda ittiham edib - FOTO ABŞ 40-dan çox ölkəni böyük fırıldaqçılıqda ittiham edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər