Sürücülərin diqqətinə: Bu küçələrdə...
Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:
- Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;
- Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;
- Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;
- Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;
- Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;
- Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;
- Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;
- İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.
Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.