Dünya

Almaniyada bomba həyəcanı səbəbindən iri tədqiqat mərkəzi bağlanıb

13 Aug 2026, 14:12 19 baxış
Almaniyada bomba həyəcanı səbəbindən iri tədqiqat mərkəzi bağlanıb
Almaniyadakı Yulix tədqiqat mərkəzinin ərazisində bomba aşkar edilib, müəssisə müvəqqəti bağlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Report"a mərkəzdə işləyən mənbə məlumat verib. "Ərazisində bomba aşkar edildikdən sonra mərkəz bağlanıb, əraziyə xilasetmə xidmətləri gəlib", - agentliyin həmsöhbəti bildirib. Hadisənin digər təfərrüatı hələlik açıqlanmır. Avropanın ən böyük multidissiplinar elmi mərkəzlərindən biri olan Yulix tədqiqat mərkəzi Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşir. Helmholts Assosiasiyasına daxil olan mərkəzdə energetika, iqlim, informasiya texnologiyaları və bioiqtisadiyyat sahələrində tədqiqatlar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər