Dünya

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub

13 Aug 2026, 14:20 2 baxış
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub
Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini mübadilə ediblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBC-yə məlumat verib. Məlumata görə, Rusiya tərəfi 261, Ukrayna tərəfi isə 24 cəsəd təhvil verib. Xatırladaq ki, Moskva və Kiyev arasında sonuncu dəfə həlak olan əsgərlərin cəsəd mübadiləsi iyulun 16-da baş tutub. Saraliyev bildirib ki, o zaman Rusiya tərəfinə 31, Ukrayna tərəfinə isə 501 cəsəd verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər